Hindistanın Sikkim əyalətində baş verən daşqın nəticəsində ilkin məlumatlara görə 30 nəfər, o cümlədən 23 əsgər həlak olub. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Hindustan Times-ın məlumatına görə, Sikkim əyalətinin təbii fəlakətlərin idarə olunması idarəsinin baş direktoru Prabhakar Rai suyun səviyyəsinin artdığını bildirib. Yerli saatla saat 22.00 radələrində Laçen bölgəsində birdən yüksəldiyi və sel meydana gəldiyi qeyd edilib.
Rai bildirib ki, ilkin məlumatlara görə, 7 nəfər itkin düşüb.
Ordudan verilən açıqlamada bölgədəki hərbi qurumda olan 23 hərbçinin seldə itdiyi bildirilib.
Digər tərəfdən Banqladeşdə bəzi bölgələr üçün daşqın xəbərdarlığının edildiyi qeyd edilib.
Daşqının “buzlaq gölün daşması” səbəbindən baş verdiyini düşünən səlahiyyətlilər məsələni araşdırır.