Hindistanda torpaq sürüşməsi nəticəsində 3 nəfər ölüb, 17 nəfər itkin düşübbackend

Hindistanda torpaq sürüşməsi nəticəsində 3 nəfər ölüb, 17 nəfər itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın şimalındakı Uttarakhand əyalətində Kedarnath Yatra yolunda baş verən torpaq sürüşməsi nəticəsində ilk təsbitlərə görə 3 nəfər həyatını itirib, 17 nəfər itkin düşüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ötən gecə Himalay dağlarının ətəyində Kedarnath Yatra yolunda yağan güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.

Dövlət rəsmiləri səhər saatlarında başladıqları axtarış-xilasetmə işləri zamanı sürüşmə nəticəsində itən 5-i uşaq olmaqla 20 nəfərdən 3-nün cəsədini tapdıqlarını bildiriblər. Səlahiyyətlilər itkin düşən 17 nəfərdən xəbər ala bilmədiklərini qeyd ediblər.

Səlahiyyətlilər hinduların ziyarət yolu üzərindəki Kedarnath məbədi ilə məşhur olan ərazidə, bölgədə yaşayan iki nepallı ailənin ölənlər arasında olduğunu söyləyib.

Bölgə polisi itkin düşənlərin yerini tapa bilmədiklərini və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.