Hindistanın baş naziri Narendra Modi zorakılığın baş verdiyi Manipur əyalətində sülhün bərpası üçün çalışdıqlarını bəyan edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Manipurda xalqın bir müddətdir ki, sülh içində olduğunu ifadə edən Modi, əyalətdəki zorakılığın həlli üçün işlərinə davam edəcəklərini vurğulayıb.
Modi bölgədə şiddət nəticəsində çox sayda insanın həyatını itirdiyinə və bunun Manipurda qalıcı sülhün qurulması ilə həll olunacağına diqqət çəkib.
Hindistanda musson yağışlarının yaratdığı təbii fəlakətlərə də toxunan Modi “ağıla gəlməyən böhran”da həyatını itirənlərin ailələrinə başsağlığı verib.
Modi Hindistan iqtisadiyyatının 5 ildən sonra dünyanın ən yaxşı 3 iqtisadiyyatı arasında olacağını vəd edib.
İqtisadiyyatının hakimiyyətə gəldiyi ildə 10-cu sırada olduğunu xatırladan Modi bütün xalqın səyi ilə 5-ci sıraya yüksəldiklərini vurğulayıb.
Beynəlxalq kredit reytinq agentliklərinin müsbət təhlillərini qeyd edən Modi Hindistanın iqtisadi cəhətdən irəliləyişini davam etdirəcəyini qeyd edib.
Manipur əyalətində Kuki-Zo etnik qrupuna mənsub olduğu müəyyən edilən iki qadını dəstə üzvlərinin sürüyüb dəstə-dəstə zorladıqları görüntülər sosial mediada gündəm olub.
Verilən reaksiyalardan sonra polis qrup təcavüzü ilə bağlı araşdırma açaraq 5 nəfəri nəzarətə götürüb.
Ştat əhalisinin yüzdə 53-ünü təşkil edən Meitei icmasının “Planlı qəbilə” kateqoriyasına daxil edilmədikləri səbəbiylə başlatdığı nümayişlər, bəzi başqa etnik mənsubiyyətin müxalifəti səbəbiylə mayın 3-dən etibarən şiddətə məruz qalmağa başlayıb.
Mayın 4-də əsgərə “atmaq” əmri verildiyi əyalətdə zorakılıqlar nəticəsində 150-dən çox insan həyatını itirib, 60 mindən çox insan didərgin düşüb.