Hindistanın Guruqram bölgəsində irqçi hücumların hədəfi olan müsəlmanlar qorxu içindədirbackend

Hindistanın Guruqram bölgəsində irqçi hücumların hədəfi olan müsəlmanlar qorxu içindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın şimalındakı Haryana əyalətindəki Gurugram rayonunda ultramillətçi hindu qruplarının müsəlman müəssisələrini və məscidi yandıraraq bir imamın ölümündən sonra yeni zorakılıqların baş verməsindən qorxur.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Əl-Cəzirə kanalının Guruqramda müsəlmanları hədəf alan zorakılıqlara dair hesabatına görə, Haryana əyalətinin Nuh bölgəsində həddindən artıq millətçi hindu dəstələri tərəfindən törədilən zorakılıqlar davam edir.

Bölgədə ictimai zorakılıqlarda 4 nəfərin həyatını itirməsi və 23 nəfərin xəstəxanaya yerləşdirilməsindən sonra komendant saatı, təhlükəsizlik qüvvələrinin gücləndirilməsi və internetin dayandırılması kimi tədbirlərə baxmayaraq, radikal hindu qrupları belə şəhərlərdə müsəlman dükanlarına, mülklərinə və ibadət yerlərinə hücumlarını davam etdirirlər.

Hindistanın paytaxtı Yeni Dehli yaxınlığındakı Quruqramda müsəlman mülkləri və məscid yandırılıb.

İddialara görə, “Əncüman Cama” adlanan məscidə iyulun 31-nə keçən gecə ultra-millətçi hindu qrupları tərəfindən hücum edilib.

İcma zorakılığının başlanmasından saatlar sonra baş verən hadisədə sözügedən məscidin yandırıldığı, o zaman məscidin içərisində olan 22 yaşlı imam Məhəmməd Saadın da yanğında öldüyü qeyd edilib.