Hindistanın kosmik gəmisi ilk dəfə Ayın cənub qütbünə endiyini elan edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, Hindistana məxsus “Chandrayaan-3” cümə axşamı səhər Ayın səthini tədqiq etməyə başlamaq üçün kosmik gəmini tərk edib.
Kosmik gəmi çərşənbə günü axşam Ayın kəşf edilməmiş cənub qütbünə enib və bununla da Hindistan bu uğura nail olan ilk ölkə olub.
Hindistan Kosmik Tədqiqatlar Təşkilatından (ISRO) bildirilib ki, orbit, eniş aparatı və roverdən ibarət kosmik gəmi iyulun 14-də Hindistanın cənubundakı Şriharikota Kosmik Mərkəzindən havaya qalxıb.
Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (İsro) qurucusu Vikram Sarabhainin xatirəsinə Vikram adlandırılan desant gəmisi Sanskrit dilində müdriklik mənasını verən Pragyaan adlı 26 kq-lıq rover daşıyıb.