Hindistanın şimalındakı Himaçal Pradeş əyalətində son 41 gündə yağan musson yağışları nəticəsində 199 nəfər həyatını itirib, 31 nəfər hələ də tapılmayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Son 41 gündə ölən 199 nəfərdən 57-nin yağışların yaratdığı torpaq sürüşməsi və daşqınlar, 142-nin isə musson yağışları zamanı yol qəzaları nəticəsində həyatını itirdiyi bildirilib.
Səlahiyyətlilər həmçinin 31 nəfərin itkin düşdüyünü, 229 nəfərin yaralandığını açıqlayıb.
Daşqınlar nəticəsində 7317 ev qismən zədələndiyi halda, 254 mağaza və 2337 tövlə ciddi ziyan görüb.
Mussonlar zamanı ümumilikdə 53 daşqın və 79 sürüşmə baş verib, 300-dən çox yol bağlanıb.