“Hizbullah”ın elit Radvan bölməsinin komandiri Məhəmməd Qasam əl-Şaer məhv edilib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Livanın cənubunda “Hizbullah”ın elit Radvan bölməsinin komandiri Məhəmməd Qasam əl-Şaer məhv edilib.
Onun İsrailə qarşı bir çox terror aktlarının təşkilində iştirak etdiyi qeyd olunur.
Radvan – “Hizbullah” hərbi-siyasi təşkilatının silahlı qüvvələrinin ən elit və döyüşə hazır birliyidir. Sayı təqribən 5000 nəfərdir.
Xuraman Etibarlı
İnterpress.az