“Hizbullah” lideri Livan hökumətini İsraillə birbaşa danışıqları dayandırmağa çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
“Hizbullah” hərəkatının lideri Livan hökumətinə İsraillə birbaşa danışıqlardan çəkilməsi ilə bağlı çağırış edib.
O, hərəkatın özünümüdafiə hüququndan və İsrailə qarşı silah tətbiq etmək niyyətindən əl çəkməyəcəyini vurğulayıb.
Bəyanatda hərəkatın öz hərbi potensialını qoruyub saxlamaqda və İsraildən gələn təhdidlərə qarşı mübarizədə qətiyyətli olduğu bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






