Hollandiya Müdafiə Nazirliyi, ABŞ-ın Hollandiyaya F-16 döyüş təyyarələrinin Ukraynaya çatdırılmasına icazə verdiyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hollandiyanın müdafiə naziri Kajsa Ollongren çatdırılma təsdiqini açıqlayıb.
“Biz ABŞ-ın F-16 qırıcılarının Ukraynaya təhvil verilməsinə razılıq verməsini alqışlayırıq. Bu, bizə ukraynalı pilotların təlimini tamamlamağa imkan verir”, – deyən Ollonqren növbəti addımlar üçün avropalı tərəfdaşları ilə əlaqə saxladıqlarını bildirib.
Hollandiyanın xarici işlər naziri Wopke Hoekstra amerikalı həmkarı Antoni Blinkenə əməkdaşlığa görə təşəkkür edib: “Bu addım Ukraynanın öz xalqını və ölkəsini müdafiə etməsi üçün mühüm mərhələdir”.
Ukraynaya F-16-ların tədarükü üçün Hollandiya və Danimarka başda olmaqla ölkələr may ayında NATO-da geniş istifadə olunan ABŞ istehsalı olan F-16 döyüş təyyarələri üçün ukraynalı pilotlara təlim keçmək barədə razılığa gəliblər.