Hollandiyada polis zorakılığı nəticəsində 100-ə yaxın insan həyatını itiribbackend

Hollandiyada polis zorakılığı nəticəsində 100-ə yaxın insan həyatını itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiyada 2015-ci ildən bəri polis zorakılığı nəticəsində 100-ə yaxın insan həyatını itirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İngiltərənin Durham Universitetinin Siyasət və Beynəlxalq Münasibətlər Departamentinin doktoru Marijn Nieuwenhuis bildirib ki, 2015-ci ildə Hollandiyanın Haaqa şəhərində polis tərəfindən saxlanıldıqdan qısa müddət sonra dünyasını dəyişən Mitch Henriquez hadisəsindən sonra ölkədə polis zorakılığı davam edir.

Hollandiyada polis zorakılığı və etnik profilləşdirmə ilə bağlı monitorinq işləri aparan “Controle Alt Delete” hüquq müdafiə təşkilatının 2022-ci il hesabatına toxunulub.

Onun sözlərinə görə, hesabatda Hollandiya polisinin sosial hadisələrə daha çox istifadə edərək müdaxilə etdiyinə dair sübutlar var.

Hesabata görə, Hollandiya polisinin 2022-ci ildə 33 min 584 dəfə zorakılıq tətbiq edib və bu rəqəm 2019-cu ildən bəri davamlı olaraq artıb.

2015-ci ildə Mitch Henriquezin faciəvi ölümündən sonra polis zorakılığı nəticəsində təxminən 100 ölüm hadisəsini sənədləşdirilib. Qurbanların təxminən üçdə biri immiqrant mənşəlidir. Amnesty İnternational həmçinin polis məmurlarının güc tətbiqi ilə bağlı Hollandiya polisinin qaydalarını tənqid edib.