Husilərin sözçüsü Yəhya Sariyanın X hesabı bloklanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Yəmən ordusunun mətbuat katibi məlumat verib. Bildirilir ki, X sosial şəbəkəsi bir milyondan çox izləyicisi olan Husi sözçüsü Yəhya Sariyanın hesabını bloklayıb.
Rəsmi hesabın bərpası üçün işlər aparılarkən o, Sarinin ehtiyat hesabını təqdim edib.
Sari Yəmən husilərinin hərbi sözçüsüdür və vaxtaşırı bölgədəki Amerika qüvvələrinə və İsrailə hücumlar barədə açıqlamalar verib.
Xuraman Etibarlı
İnterpress.az