İcma səhər yeməyində Qərbi azərbaycanlı gənclərlə bir araya gəldi – FOTObackend

İcma səhər yeməyində Qərbi azərbaycanlı gənclərlə bir araya gəldi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi Azərbaycanın Barana rayon icmasının təşkilatçılığı ilə icmanın bir qrup aktiv gəncləri ilə görüş keçirilib.

İnterpress.az xəbər verir ki, süfrə arxasında keçirilən görüşdə Milli Məclisin deputatı, İcmanın gənclər şurasının sədri Ramin Məmmədov da iştirak edib.

Səmimi ortamda keçən görüşdə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına uyğun olaraq gənclərin qarşısında duran vəzifələr, ölkəmizdə fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri və digər məsələlər müzakirə olunub.

Qərbi Azərbaycanın Barana rayon icmasının sədri Osman Hacıyevin təşkilatçılığı ilə baş tutan görüşdə Milli Məclisin deputatı, İcmanın gənclər şurasının sədri Ramin Məmmədovla yanaşı Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyası üzvü, Qəmərli rayon İcmasının sədri Cəlal Allahverdiyev, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili, Barana rayon Ləmbəli və Körpülü kəndlərinin icma sədrləri Əhmədxan Ənsərov, Vidadi Avdıyev və gənclər iştirak ediblər.