Polisləri ələ salan 8 ofis işçisini 5 ilədək həbs cəzası gözləyir.
İnterpress.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Ceylan Sever məlumat verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarını ələ salan 8 ofis işçisi barəsində cinayət işi başlanılıb.
Onlar üçün 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tələb olunur.
İstintaq tərəfindən hazırlanan ittiham aktında şəxslər “polis təşkilatının alçaldılması” və “xalqın nifrət və düşmənçiliyə sövq edilməsi” maddələri ilə günahlandırılırlar.
Xuraman Etibarlı
İnterpress.az






