İctimai yerdə söyüş söyməyin CƏZASI: Cərimə və HƏBSbackend

İctimai yerdə söyüş söyməyin CƏZASI: Cərimə və HƏBS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada ictimai yerlərdə söyüş söyməyə görə cərimə və ya 15 sutkayadək həbs cəzası nəzərdə tutulur.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İnzibati Xətalar Məcəlləsi (İXM) məlumat yayıb.

Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsinin 1-ci hissəsinə əsasən, ictimai yerlərdə nalayiq ifadələrin işlədilməsi xırda xuliqanlıq kimi qiymətləndirilir.

Ekspert Zokirov bildirib ki, xırda xuliqanlıq 500 rubldan (təxminən 11 manat) 1 min rubla (təxminən 22 manat) qədər cərimə və ya 15 sutkayadək inzibati həbslə cəzalandırılır.

Qeyd edək ki, İXM-in 2.3-cü maddəsinin 1-ci hissəsinə görə, inzibati məsuliyyət 16 yaşdan başlayır.

Xuraman Etibarlı

İnterpress.az