İintihar edən polis rəisi xərçəng xəstəliyindən əziyyət çəkirmişbackend

İintihar edən polis rəisi xərçəng xəstəliyindən əziyyət çəkirmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün xidməti otağında intihar edən Binəqədi RPİ 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyevin özünü ürəyindən güllələdiyi məlum olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, iyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.

Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədi

Əldə etdiyimiz məlumata görə 51 yaşında intiharp edən Rahib Mirzəyev xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Onun 2 övladı var.