İki həftədir içməli sudan gələn qəribə qoxunun səbəbi bilindi – AÇIQLAMAbackend

İki həftədir içməli sudan gələn qəribə qoxunun səbəbi bilindi – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər insanlar sudan qoxu gəlməsi ilə bağlı narazılıqlarını bildirirlər. Bu barədə sosial şəbəkələrdə də  paylaşımlar edilib.

Paylaşımlarda sudan qəribə qoxu gəldiyi və istifadə zamanı narahatlıq yaratdığı qeyd olunub.

Məsələ ilə bağlı “Azərsu”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı açıqlamasında vətəndaşların sudan bir qədər qəribə qoxu gəlməsi ilə bağlı iddialarını təsdiq edib:

“Bunun səbəbləri barədə məlumat vermişdik. Kürdə suyun səviyyəsinin azalması ilə bağlı belə bir narahatlıq var. Suyun kəskin azalması ilə əlaqədar Kür çayının dibindəki palçığın qoxusu bir qədər hiss olunur.

Hazırda Kürdə su ən aşağı səviyyədədir. Amma, bu, suyun keyfiyyətinə qətiyyən təsir etmir. Əhaliyə verilən suyun fiziki-kimyəvi, baktereoloji göstəriciləri standartlar çərçivəsindədir. Məsələ tam diqqətimizdədir”.

 

İnterpress.az