İki israilli İrana casusluq ittihamı ilə həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail Polisi məlumat yayıb..
Baş Təhlükəsizlik Xidməti (Şin Bet) və İsrail polisi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Sepah-e-Qods xüsusi təyinatlıları tərəfindən İsrail ordusunun bu sektordakı fəaliyyəti haqqında məlumat toplamaq üçün tapşırıqlar yerinə yetirən ölkənin şimalında yerləşən Masada kəndinin 2 sakinini həbs edib.
İstintaq müəyyən edib ki, 21 yaşlı Təhrir Safedi son illərdə atası Bassem Safedinin göstərişi ilə İran üçün kəşfiyyat məlumatları toplayırmış. O, məlumat toplayıb və Dəməşqdə yaşayan və Sepah-e-Qods-un Fələstin bölməsində işləyən İranın “Əl Aləm” xəbər agentliyinin jurnalisti Hossam Zidana ötürüb.
Təhrir və Bassem, Hossam Zidanın rəhbərliyi altında İsrail ordusunun qüvvələrini, tankların hərəkətlərini, silahlı əsgərlərini, texnika və silahlarını çəkiblər. Təhrir hətta müharibə zamanı da öz fəaliyyətini davam etdirib, o cümlədən raket zərbələri yerlərini deyib.
Xuraman Etibarlı
İnterpress.az