İkinci mərtəbədən hovuza tullanan gənc faciləvi şəkildə CAN VERDİ – VİDEObackend

İkinci mərtəbədən hovuza tullanan gənc faciləvi şəkildə CAN VERDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkinci mərtəbədən hovuza tullanan şəxs faciəvi şəkildə ölüb.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Yaxın Şərqdə baş verən dəhşətli bədbəxt hadisənin görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb. Binanın ikinci mərtəbəsindən həyətdəki hovuza tullanan şəxs müvazinətini itirərək kəskin şəkildə yerə çırpılıb və ağır xəsarətlər alıb.

Zərbənin gücündən gəncin onurğası qırılıb, o, ağır kəllə-beyin travması alıb, qabırğalarının sınıq qırıntıları isə ağciyərlərini deşib.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası tərəfindən ağır vəziyyətdə xəstəxanaya çatdırılan zərərçəkənin həyatını xilas etmək mümkün olmayıb və o, yerləşdirildiyi palatada dünyasını dəyişib.

Sosial şəbəkələrdə yayılan bu kədərli görüntülər istifadəçilər tərəfindən böyük sarsıntı ilə qarşılanıb və insanları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Xuraman Etibarlı

İnterpress.аz