İlham Əliyev: “Ermənistanın ərazilərimizi minalarla çirkləndirməsi ekshumasiya prosesinə ciddi maneələr yaradır”backend

İlham Əliyev: “Ermənistanın ərazilərimizi minalarla çirkləndirməsi ekshumasiya prosesinə ciddi maneələr yaradır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan tərəfindən ərazilərimizin minalarla və partlamamış hərbi sursatlarla çirkləndirilməsi kütləvi məzarlıq yerlərinin müəyyən olunması, ekshumasiya işlərinin aparılması prosesinə ciddi maneələr yaradır”.

“İnterpress.az” xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd olunub.

“Vətən müharibəsindən dərhal sonra Dövlət Komissiyasının imkanlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılmış, işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılmasına başlanılmışdır. Son iki ildə işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntılar nəticəsində 10 kütləvi məzarlıq aşkar edilmişdir. Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində itkin düşmüş 15 nəfərin eyniləşdirilməsi mümkün olmuş və bu barədə ictimaiyyətə məlumat verilmişdir. Bu gün daha 10 nəfərlə bağlı əlavə məlumat təqdim ediləcək”, – dövlət başçısı vurğulayıb.