İmişlidə oğurluqlar edən şəxslər saxlanıldıbackend

İmişlidə oğurluqlar edən şəxslər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir qrup İmişli rayon sakini Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək müxtəlif vaxtlarda onlara məxsus mağaza və evlərdən oğurluq edilməsi barədə məlumat veriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, daxil olan müraciətlərlə əlaqədar İmişli RPŞ-nin əməkdaşları tərəfindən müvafiq əməliyyat-axtarış tədbirləri keçirilib.

Nəticədə oğurluq əməllərini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Araşdırmalarla onların əvvəllər məhkum edilmişlər İlkin Əliyev və Taleh Aşurov olduğu müəyyən edilib. Həmin şəxslərin pul, kontur, siqaret, xırdabuynuzlu heyvanlar oğurlamaqla ayrı-ayrı şəxslərə 5 min manatdan artıq ziyan vurduqları müəyyən edilib.

“Saxlanılanların rayon ərazisində digər cinayətlər törətmələri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə İmişli Rayon Polis Şöbəsinə və DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur. Faktla bağlı İmişli RPŞ-də araşdırmalar davam etdirlir”, – Mətbuat xidmətindən bildiirlib.

 

İnterpress.az