Borc pul mübahisəsi qətllə NƏTİCƏLƏNDİ – Dostunu öldürüb, evini YANDIRDIbackend

Borc pul mübahisəsi qətllə NƏTİCƏLƏNDİ – Dostunu öldürüb, evini YANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tümen şəhərində kişi dostunu öldürüb, ertəsi gün mənzili yandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.

56 yaşlı Tümen sakini dostunun evində olarkən ondan borc pul istəyib. Ev sahibi bundan kobud şəkildə imtina etdikdən sonra tərəflər arasında mübahisə yaranıb.

Qonaq dostuna taburetlə zərbələr endirib, daha sonra onun boğazını sıxaraq hadisə yerindən qaçıb. Kişi aldığı xəsarətlər nəticəsində ölüb.

Şübhəli şəxs ertəsi gün məsuliyyətdən yayınmaq məqsədilə mənzili yandırmaq üçün geri qayıdıb.

Lakin mütəxəssislər müəyyən ediblər ki, zərərçəkən yanğından əvvəl öldürülüb. Şübhəli saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az