32 yaşlı qadın Britaniyanın ilk kor və kar həkimi OLDUbackend

32 yaşlı qadın Britaniyanın ilk kor və kar həkimi OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın ilk kor və kar həkimi diplom alıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

32 yaşlı Aleksandra Adams Elers–Danlos sindromundan — tez-tez xəstəxanalarda uzunmüddətli müalicə almasına səbəb olan genetik xəstəlikdən əziyyət çəkir.

Buna baxmayaraq, o, bu həftə eyni vaxtda iki diplom — həkimlik və kreatif yazı sahəsində magistr dərəcəsi alıb.

Pasiyentləri müayinə etmək üçün Aleksandra eşitmə aparatlarına qoşulmuş “Bluetooth” stetoskopundan istifadə edir.

Beləliklə, Aleksandra rəsmi olaraq Böyük Britaniyada ilk kor və kar həkim olub.

Xuraman Etibarlı

İnterpress.az