KXDR: ABŞ və Cənubi Koreya kütləvi qırğın silahları üzrə ssenarilər hazırlayırbackend

KXDR: ABŞ və Cənubi Koreya kütləvi qırğın silahları üzrə ssenarilər hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Cənubi Koreya KXDR-ə qarşı kütləvi qırğın silahlarından istifadə ssenarilərinə hazırlaşır.

İnterpress.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Şimali Koreya Müdafiə Nazirliyinin açıqlamasında ABŞ və Cənubi Koreyanın KXDR-ə qarşı nüvə, kimyəvi və bioloji silahlardan mümkün istifadəyə hazırlaşdığı iddia olunur.

Sentyabrın 10-da ABŞ və Cənubi Koreyanın komissiyaları kütləvi qırğın silahlarına cavab tədbirləri ilə bağlı iclas keçirib.

Ölkələrin birgə “Freedom Shield” təlimləri çərçivəsində də bu cür ssenarilərin məşq edildiyi bildirilib.

Xuraman Etibarlı

İnterpress.az