Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri mühüm mesajdır – ŞƏRHbackend

Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri mühüm mesajdır – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin, eləcə də Böyük Qayıdış prosesinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Kənan Əlizadə
Kənan Əlizadə

Səfər çərçivəsində diplomatların bölgədə aparılan yenidənqurma işləri, yaradılan müasir infrastruktur və əhalinin doğma yurdlarına qayıdışı ilə bağlı proseslərlə yerində tanış olması Azərbaycanın reallıqlarının daha yaxından müşahidə edilməsinə imkan yaradır.

Qarabağ və Şərqi Zəngəzurda bu gün həyata keçirilən quruculuq işləri yalnız ərazilərin bərpası deyil, həm də insanların öz doğma torpaqlarına qayıdışının təmin olunması baxımından tarixi əhəmiyyət daşıyır. Bu proses Azərbaycanın sülh, təhlükəsizlik və dayanıqlı inkişaf gündəliyinin mühüm istiqamətlərindən biridir.

Diplomatik nümayəndələrin bölgəyə səfərləri Azərbaycan həqiqətlərinin yerində öyrənilməsi, ölkəmizdə baş verən proseslərlə bağlı obyektiv məlumatlılığın artırılması və qarşılıqlı dialoqun inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.

Qərbi Azərbaycan məsələsi ilə bağlı fəaliyyət göstərən gənclər üçün bu proseslər xüsusi önəm daşıyır. Çünki doğma torpaqlara qayıdış, tarixi irsin qorunması və insanların öz yurdları ilə bağlı hüquqlarının təmin olunması məsələləri bizim üçün də mühüm dəyər daşıyır.

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyət tərəfindən yaxından müşahidə olunması gələcəkdə regionda davamlı sülh və əməkdaşlığın təşviqinə töhfə verə bilər.

Kənan Əlizadə
Qərbi Azərbaycan İcması Gənclər Şurasının üzvü