Lipetsk vilayətində 76 yaşlı əlil qadını döyərək öldürən şəxs 12,5 il həbs cəzası alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Lipetsk vilayəti prokurorluğu məlumat yayıb.
Məhkəmənin müəyyən etdiyi məlumata görə, qadın 76 yaşlı nənəsinə ən azı 17 dəfə yumruqla baş, sinə, bel, qol və ayaq nahiyələrindən zərbələr endirib. Yaşlı qadın aldığı xəsarətlər nəticəsində vəfat edib.
Təqsirləndirilən şəxs nənəsinə qulluq etməkdən yorulduğu üçün onu döydüyünü etiraf edib.
Məhkəmə onu 12 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Xuraman Etibarlı
İnterpress.az






