Minecraft-da “creeper” ChatGPT-nin bütün qiymətli əşyalarını MƏHV ETDİbackend

Minecraft-da “creeper” ChatGPT-nin bütün qiymətli əşyalarını MƏHV ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ChatGPT Minecraft-də sandığı partladıqdan sonra ehtiyatlı davranmağa başlayıb

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Tədqiqatçıların GPT-6 Astra modelini Minecraft-a qoşaraq oyunu müstəqil şəkildə oynatdığı bildirilir.

Model 140 saat ərzində resurslar toplayıb, yarıavtomatik ferma qurub və qiymətli əşyalar əldə edib. Lakin bütün əşyalarını bir sandıqda saxlayıb.

Daha sonra “creeper” bazaya gələrək sandığı və çarpayını partladıb.

Hadisədən sonra model özünə vacib əşyaları inventarda saxlamaq barədə qeyd yazıb və bir neçə saat oyunu dayandıraraq yalnız kartof yetişdirib.

Sonrakı mərhələdə model şəkər qamışını “creeper”lə səhv salaraq özünü ehtiyatlı olmağa çağırıb.

O, həmçinin əşyalarını itirə biləcəyini xatırladıb və donuzların arxasınca getməməyi özünə tapşırıb.

Xuraman Etibarlı

İnterpress.az