Sverdlovsk vilayətində qadın qızının gözü qarşısında suya düşərək itib.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Sverdlovsk vilayətində 18 yaşlı Arina axşam anası Yuliyanı çimərlikdən aparmaq üçün onun yanına gəlib. Ana və qız arasında mübahisə yaranıb. Bundan sonra Yuliya üzmək qərarına gəlib və bənddən yıxılıb.
Hadisə şahidləri soyuq sudan geri çıxa bilməyəcəklərindən qorxduqları üçün qadının ardınca suya girməyiblər.
Hadisə yerinə FHN əməkdaşları və dalğıclar cəlb olunub. Hazırda qadının meyitinin axtarışları davam edir, lakin onun hələlik tapılmadığı bildirilir.
Yuliyanın beş uşağının olduğu qeyd edilir.
Xuraman Etibarlı
İnterpress.az






