Braziliyada arı sürüsü 12 yaşlı qıza hücum edib, 100-dən çox sancma qeydə alınıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Hadisə məktəbin yaxınlığında baş verib. Arıların ağacdan düşən pətəkdən sonra hücuma keçdiyi bildirilir.
Sürü 12 yaşlı qıza hücum edib və onun bədənində 100-dən çox sancma olub.
Motosikletçi qıza kömək etmək üçün arı qovan sprey istifadə edib və həşəratları uzaqlaşdıraraq onunla birlikdə qaçıb.
Kişinin də təxminən 40 dəfə arı sancmasına məruz qaldığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






