Zabaykalye sakininin ayı ilə bağlı saxta fotosuna görə iPhone-u müsadirə edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.
Zabaykalye sakini sentyabrın əvvəlində Duldurqa kəndi yaxınlığında ayının görüldüyü barədə məlumatlardan sonra yerli çatlarda yayılan saxta fotoşəkli paylaşıb.
Şəkildə guya həmin ayının görüntüləndiyi iddia olunub. Foto hətta Təbii Sərvətlər Nazirliyi tərəfindən də istifadə edilib.
Sonradan görüntünün saxta olduğu müəyyənləşib. Kənd sakini məhkəmə tərəfindən yanlış məlumat yaymaqda təqsirli bilinib.
Ona 30 min rubl (təxminən 660 manat) məbləğində cərimə tətbiq edilib və iPhone-u müsadirə olunub.
Xuraman Etibarlı
İnterpress.az






