91 yaşlı sürücü qadın qaçmağa çalışarkən polis avtomobilini iki dəfə VURDUbackend

91 yaşlı sürücü qadın qaçmağa çalışarkən polis avtomobilini iki dəfə VURDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada 91 yaşlı qadın hadisə yerindən qaçmaq istəyərkən polis maşınını iki dəfə vurub.

İnterpress.az xəbər verir ki, bu barədə BILD məlumat yayıb.

Saksoniyada 91 yaşlı qadın yol-nəqliyyat hadisəsi yerindən uzaqlaşmağa çalışarkən polis avtomobilini iki dəfə vurub.

İnsident Görlits şəhəri yaxınlığında baş verib. Məlumata görə, “Mitsubishi” markalı avtomobili idarə edən qadın yolayrıcında dayanmış patrul maşınına çırpılıb, lakin dayanmaq əvəzinə hərəkəti davam etdirib.

Qaçmaq istəyərkən o, polis avtomobilinin arxasında olan “Renault” markalı maşınla toqquşub. Dərhal sonra qadın geriyə ötürməni qoşaraq onu təqib etmək üçün artıq geriyə dönmüş həmin patrul avtomobilinə bir daha çırpılıb.

Polisin verdiyi məlumata görə, bundan sonra o, yenidən hərəkətə başlamağa cəhd edib.

Sürücünü yalnız qadın polis əməkdaşının avtomobilin salonuna daxil olaraq açarı alışdırma sistemindən çıxarmasından sonra saxlaya biliblər.

Qəza nəticəsində pensiyaçının özü, həmçinin polis avtomobilində olan 23 yaşlı sürücü və 26 yaşlı sərnişin qadın xəsarət alıb.

Dəymiş ziyan təxminən 35 min avro (təxminən 66 220 manat) dəyərində qiymətləndirilir.

Həmçinin hadisə yerində qadının avtomobil idarəetmə qabiliyyəti ilə bağlı keçirilən testlər heç bir irad olmadan başa çatıb və polislər onda hər hansı kənarlaşma aşkar etməyiblər.

Buna baxmayaraq, onun hələ 1960-cı ildə aldığı sürücülük vəsiqəsi müsadirə olunub.

Xuraman Etibarlı

İnterpress.az