12 il kor qalan rejissor 19 əməliyyatdan sonra görmə qabiliyyətini BƏRPA ETDİ – VİDEObackend

12 il kor qalan rejissor 19 əməliyyatdan sonra görmə qabiliyyətini BƏRPA ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

12 il kor yaşadıqdan sonra rejissor Burning Man festivalını ilk dəfə öz gözləri ilə görüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rejissor Ruslan Vitryanyuk 2011-ci ildə insult keçirdikdən sonra görmə qabiliyyətini itirib. O, buna baxmayaraq “Dağın dibindən” adlı paralimpiyaçı haqqında idman dramı üzərində işini davam etdirib.

2017-ci ildə Ruslan yaxın dostu ilə Burning Man festivalına gedib. Səhrada bir-birlərini itirməmək üçün dostu ilə qandallanaraq hərəkət edib və dostu ətrafda baş verənləri ona təsvir edib.

2018-ci ildə rejissor eksperimental müalicə üçün Çinə gedib. Üç il ərzində 19 əməliyyat keçirib və 2021-ci ildə görmə qabiliyyəti tədricən bərpa olunmağa başlayıb.

2026-cı ildə Ruslan yenidən Burning Man festivalına qatılıb. Bu dəfə o, uzun illər yalnız eşitdiyi festivalı ilk dəfə öz gözləri ilə görə bilib.

Xuraman Etibarlı

İnterpress.az