36 yaşında vəfat edən aktrisa haqqında Kliçkodan emosional PAYLAŞIMbackend

36 yaşında vəfat edən aktrisa haqqında Kliçkodan emosional PAYLAŞIM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Kliçko keçmiş nişanlısı Hayden Panettierinin ölümü ilə bağlı ilk dəfə danışıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Boks üzrə keçmiş dünya çempionu Vladimir Kliçko avqustun 16-da 36 yaşında vəfat edən keçmiş nişanlısı, amerikalı aktrisa Hayden Panettierinin ölümü ilə bağlı ilk dəfə açıqlama verib.

“Heydenin faciəvi ölümü haqqında xəbər məni dərindən kədərləndirdi. O, bu dünyadan çox tez getdi. Hayden artıq mənim nişanlım olmasa da, həyatımın mühüm bir hissəsi və qızımız Kayanın anası olaraq qalırdı”, – Kliçko “Instagram” hesabında yazıb.

Aktrisanın ölüm səbəbi hazırda araşdırılır, lakin polis zorakılıq əlamətləri aşkar etməyib.

Kliçko 11 yaşlı qızları üçün Panettierinin xatirəsini yaşadacağına söz verib.

“Qızımız Kaya ilə anası haqqında həmişə hörmətlə danışacağam və onun necə bir insan olduğunu xatırlamasına çalışacağam”, – o əlavə edib.

Panettieri və Kliçko 2009-cu ildə tanış olublar, daha sonra nişanlanıblar və 2014-cü ilin dekabrında onların qızı dünyaya gəlib.

Cütlük 2018-ci ildə tamamilə ayrılıb. Panettieri “Qəhrəmanlar” və “Neşvill” serialları, həmçinin “Qışqırıq” filmləri ilə tanınırdı.

Xuraman Etibarlı

İnterpress.az