“İngiltərənin son evakuasiya təyyarələri bazar günü Əfqanıstanı tərk edə bilər, ancaq söz verilən hər kəsin Əfqanıstandan təxliyə etmək mümkün olmayacaq”.
Yenisabah.az xəbər verir ki, bu sözləri İngiltərənin müdafiə üzrə dövlət katibi Jeyms Heppi deyib. O, hava körpüsünün 2-5 gün ərzində bağlana biləcəyini vurğulayıb.
“Hər kəsi çıxaranadək gözləmək imkanımız yoxdur. Müdafiə Nazirliyindəki hər kəsi oyaq saxlayan bir fakt var. Bu isə hər kəsi çıxara bilməyəcəyimizdir”,-deyə Heppi bildirib.
Qeyd edək ki, İngiltərənin Baş nazir Boris Conson bir müddət əvvəl İngiltərənin Əfqanıstanı tərk etmək istəyən 20 min insana qucaq açacağını, 5 mininin önümüzdəki 12 ayda, qalanlarının isə yaxın 5 ildə qəbul ediləcəyini söyləmişd