İngiltərədə 24 minə yaxın mütəxəssis həkim maaş artımı ilə bağlı hökumətlə fikir ayrılığına görə iki günlük tətilə çıxıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Britaniya Tibb Assosiasiyasına (BMA) bağlı mütəxəssis həkimlər yerli vaxtla səhər saat 07:00-da işdən çıxıblar.
BMA-nın verdiyi açıqlamada, hökumətin keçən ilki 4,5 faiz artımına əlavə olaraq bu il 6 faiz artım təklifinin də rədd edildiyi bildirilib.
Açıqlamada bu artımın “istehza ilə edildiyi” qeyd edilib.
Təxminən 24 min səhiyyə işçisinin illərdir inflyasiya səviyyəsinin altında maaş aldığını vurğulayaraq, bu açığı aradan qaldırmaq üçün yüzdə 35 artım tələb edildiyi bildirilib.
Həkimlərin tətilini tənqid edən Milli Səhiyyə Xidmətinin (NHS) direktoru Vin Divakar, tətil qərarından hətta müalicə, görüşlər və gündəlik qayğıya da təsir edəcəyini söyləyib.
Ötən ay tətil edən mütəxəssis həkimlər gələn ay sentyabrın 19-20-də tətil edəcəklərini açıqlayıblar.