İnsanların manyak Ceffriyə rəğbəti “eBay”ı sərt qərar verməyə məcbur etdi – FOTO/VİDEObackend

İnsanların manyak Ceffriyə rəğbəti “eBay”ı sərt qərar verməyə məcbur etdi – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“eBay” manyak Ceffri Damerlə bağlı malların satışını qadağan edib.

Bu barədə platformanın nümayəndələri  məlumat yayıb.

Bildirilir ki, “Netflix” serialı “Monster: The Jeffrey Dahmer Story” (“Vəhşi: Ceffri Damerin hekayəsi”) yayımlandıqdan sonra istifadəçilərin qatillə bağlı kostyum və aksessuarlara marağı bir neçə dəfə artıb. Bu səbəbdən şirkət bu qəddar cinayətkarla əlaqəli əşyaları, geyimləri saytdan silmək məcburiyyətində qalıb.

Qeyd edək ki, serialın uğurundan sonra “Damer” obrazını canlandıran aktyor Evan Petersin serialda taxdığı eynəkdən tutmuş, sarışın parik və köynəyə kimi bir çox əşyalar müxtəlif onlayn platformalarda satışa çıxarılıb.

Yeri gəlmişkən manyak Ceffri Damer haqqında serial “Netflix” yayım platformasında ən populyar ingilisdilli serialların zirvəsində ikinci olub. Birinci yerdə “Stranger Things” (“Qəribə şeylər”) serialı gəlir.

 

Mənbə: TMZ