Roskomnadzor rusiyalı sayt sahiblərinə qarşı cərimə kampaniyasına başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Roskomnadzor məlumat yayıb.
Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Xidməti (Roskomnadzor) internet resurslarının qanunvericiliyə uyğunluğunu yoxlamaq üçün avtomatlaşdırılmış bot işə salıb.
Yeni sistem “.ru”, “.su” və “.rf” domen zonalarındakı saytları müntəzəm şəkildə skan edərək avtomatik qaydada cərimələr tətbiq edir.
Məlumata görə, bot veb-resursları şəxsi məlumatların toplanması ilə bağlı xəbərdarlıqların olmaması, məxfilik siyasətinin düzgün tərtib edilməməsi, informasiya sızıntıları və ya istifadəçi razılığını təsdiqləyən “qutucuqların” (checkbox) çatışmazlığı kimi bir çox nöqsanlara görə dərhal cərimələyir.
Qurumun bu addımı internet mühitində şəxsi məlumatların təhlükəsizliyini artırmaq və veb-resursların qanunvericilik tələblərinə riayət etmələrini təmin etmək məqsədi daşıyır.
Xuraman Etibarlı
İnterpress.az






