İon Çebanın Rumıniyaya və Şengen zonasına girişi QADAĞAN EDİLDİbackend

İon Çebanın Rumıniyaya və Şengen zonasına girişi QADAĞAN EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kişinyov şəhərinin merinin Rumıniyaya və Şengen zonasına girişi 5 il müddətinə qadağan edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Moldova KİV-i Rumıniya mənbələrinə istinadən yazır.

Kişinyov şəhərinin meri, “Milli Alternativ Hərəkat” Partiyasının lideri İon Çebanın Rumıniyaya və Şengen zonasına girişi 5 il müddətinə qadağan edilib.

Cebanın özü, eləcə də Kişinyov meriyasının mətbuat xidməti hələlik bu açıqlamaya münasibət bildirməyib.

Eyni zamanda, bəzi Rumıniya KİV-ləri ölkənin Xarici İşlər Nazirliyinin belə bir qadağa ilə bağlı qərar qəbul etmədiyini iddia edir.

Xuraman Etibarlı

İnterpress.az