İordan çayının qərb sahilində ilk dəfə yeraltı tunel AŞKARLANDI – FOTObackend

İordan çayının qərb sahilində ilk dəfə yeraltı tunel AŞKARLANDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İordan çayının qərb sahilində ilk dəfə yeraltı infrastruktur kəşf edilib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 14-cü kanalı məlumat yayıb.

Bu gün ilk dəfə olaraq İsrail ordusunun İordan çayının qərb sahilində keçirdiyi əməliyyat zamanı ərəb bölgəsində üfüqi şəkildə qazılmış yeraltı kompleksin aşkarlandığı məlum olub.  Hazırda bu infrastrukturun təyinatı dəqiqləşdirilir.

İllərdir İsrail təhlükəsizlik xidmətləri zəif qazma səsləri ilə bağlı xəbərlər alırdı. Yaraqlıların İordan çayının qərb sahilində yeraltı tikililər tikməsi və tunel çəkməsi ilə bağlı şübhələr yaradırdı.

İlkin məlumatlara görə, “bu infrastruktur yəqin ki, İsrail ərazisinə keçməyib və terror təşkilatları tərəfindən istifadə üçün nəzərdə tutulduğu qiymətləndirilir”.

Qeyd olunur ki, bu ərazidə əvvəllər bu qəbildən olan yeraltı komplekslər aşkar edilməyib. Aşkar edilmiş obyektlər yalnız silahlar üçün sığınacaq olub.

Xuraman Etibarlı

İnterpress.az