Planeti 1-2 il isindirən iqlim dəyişikliyi (“El Nino”) kimi tanınan hava hadisəsi Sakit Okeanda başlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ alimləri iqlim dəyişikliyi səbəbiylə gələn il temperatur rekordunun qırılacağını gözləyirlər.
Mütəxəssislər 2024-cü ildə iqlim dəyişikliyinin təsiri ilə qlobal istiləşmənin 1,5 dərəcə ilə məhdudlaşdırılması hədəfinin aşılmasından narahatdırlar.
Hələlik iqlim dəyişikliyinin 2024-cü ilin yazına qədər aktiv olacağı və sonra tədricən təsirini itirəcəyi gözlənilir.
İqlim dəyişikliyi səbəbiylə Avstraliyada quraqlıq, ABŞ-ın cənubunda daha intensiv yağışlar, Hindistanda musson yağışlarının azalması ön plana çıxır.
“El Nino” qlobal iqlimdə ən böyük dəyişikliyi yaradan hava hadisəsi kimi tanınır.
Alimlər hesablayırlar ki, bu dəfə bu təbiət hadisəsininn ilin sonuna qədər orta gücünü aşmaq şansı 84 faizdir.
Okean suyunun istiləşməsinin 2 dərəcəni keçərək “Super El Nino” kateqoriyasına daxil olması ehtimalı isə 25 faizdir.
Bu təbiət hadisəsinin fəsadları bir neçə ay gecikmə ilə də olsa, bütün dünyada hiss olunur.
Bu iqlim hadisəsi tez-tez Afrikada quraqlığı artırır.
Keçmişə nəzər salsaq, qarşıda böyük insan və iqtisadi itkini görə bilərik.
1997-98-ci illərdəki qüdrətli “El Nino” 5 trilyon dollar ziyan vurdu və fırtına və daşqınlarda 23.000 insan ölüb.
Bu dəfə “El Nino” səbəbiylə 2024-cü ilin 2016-cı ildə ən isti il üçün rekord qıracağı gözlənilir.