İqor Korotçenko: “Qarabağ indi tamamilə Azərbaycanın nəzarəti altındadır”backend

İqor Korotçenko: “Qarabağ indi tamamilə Azərbaycanın nəzarəti altındadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uzun müddətdir davam edən qanlı münaqişəyə son nöqtə qoyulub. Qarabağ Azərbaycanın tam nəzarətinə keçir, ermənilərin qanunsuz silahlı dəstələri, Ermənistan ordusunun hərbi birləşmələri Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə əldə edilmiş razılaşmalara uyğun olaraq Qarabağı tərk edir və tərk-silah olunur”.

“İnterpress.az” xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.

Politoloq bildirib ki, müasir dövrdə tarixi an yaşanır: “Biz möhtəşəm hadisənin şahidi oluruq. Yəqin, müasir dövrdə ilk dəfədir ki, əraziləri işğal olunmuş ölkə qələbə qazanıb, oraya qayıdıb və bərpa edib. Ən əsası, bundan sonra keçmişə dönüş olmayacaq”.

İ.Korotçenko Prezident İlham Əliyevi görkəmli siyasətçi adlandırıb: “Məhz onun şəxsi keyfiyyətləri, strateji düşüncəsi və dəmir iradəsi sayəsində Azərbaycan dövləti zəfər qazanıb”.

Ekspert həmçinin Azərbaycan ilə Rusiya arasında sıx, yaxşı münasibətlərin və əməkdaşlığın davam edəcəyinə, möhkəmlənəcəyinə ümid bəslədiyini, buna əmin olduğunu ifadə edib.

O əlavə edib ki, iki ölkə arasında münasibətlərin əsasını xalqların, prezidentlərin uzunmüddətli dostluğu və təbii ki, Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə təşkil edir.