Pezeşkian SEPAH-ın BƏƏ-yə zərbələrini “tamamilə məsuliyyətsiz” adlandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.
İran Prezidenti Məsud Pezeşkian İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərəkətlərinə kəskin etirazını bildirib.
O, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) endirilən zərbələri “tamamilə məsuliyyətsiz” hesab edib.
Prezident vurğulayıb ki, bu əməliyyatlar ölkənin siyasi rəhbərliyi ilə heç bir koordinasiya olmadan həyata keçirilib.
Dövlət başçısı eyni zamanda regional dövlətlərlə gərginliyin artacağı təqdirdə “potensial olaraq geri dönülməz nəticələrin” olacağı barədə ciddi xəbərdarlıq edib.
Xuraman Etibarlı
İnterpress.az






