İran son bir ayda 43 mindən çox əfqanı deportasiya edibbackend

İran son bir ayda 43 mindən çox əfqanı deportasiya edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taliban son bir ayda 43 mindən çox əfqanın İran tərəfindən deportasiya edildiyini, 46 min əfqanın isə öz istəyi ilə ölkələrinə qayıtdığını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Taliban müvəqqəti hökumətinin immiqrasiya və qayıdış nazirinin müavini Əbdürrəhman Rəşid bu barədə açıqlama verib.

Son bir ayda 43 mindən çox qanuni sənədi olmayan əfqanın İran tərəfindən deportasiya edildiyini bildirən Rəşid təxminən 46 min əfqanın öz istəyi ilə ölkələrinə qayıtdığını qeyd edib.

İran rəsmiləri vaxtaşırı verdiyi açıqlamalarda İranda təxminən 5 milyon əfqanın yaşadığını bildirir.

İran əfqanları əsasən Herat və Nimruz əyalətlərindəki sərhəd keçid məntəqələri vasitəsilə deportasiya edir.

Bu deportasiyalar zaman-zaman artır.