İrana məlumat ötürən İsrail əsgəri həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. Şin Bet, İsrail ordusunun polisi və kəşfiyyat xidməti İran kəşfiyyat xidmətləri ilə əlaqə saxladığı üçün bir İsrail əsgərini həbs edib.
Bildirilir ki, o, dövlət təhlükəsizliyi ilə bağlı olmayan məlumatları pul mükafatı qarşılığında İslam Respublikasının rəsmilərinə ötürüb.
İttihama görə, həbs edilən şəxs dinləmələrin videoyazılarını, eləcə də İsrail ərazisinə düşən raketlərin fotoşəkillərini İran tərəfinə ötürüb.
Bu gün səhər saatlarında İran üçün daha bir casusluq faktı qeydə alınıb. Negevdən olan 33 yaşlı müəllim İran kəşfiyyatının kuratorları üçün müxtəlif tapşırıqlar yerinə yetirib.
Xuraman Etibarlı
İnterpress.az