İranda böyük silah qaçaqmalçılığının QARŞISI ALINDIbackend

İranda böyük silah qaçaqmalçılığının QARŞISI ALINDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran sərhədçiləri Sistan və Bəlucistanda silah qaçaqmalçılığının qarşısını alıb.

İnterpress.az xəbər verir ki, bu barədə İranın sərhəd qüvvələri məlumat yayıb.

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində sərhəd qüvvələri böyük silah partiyasının qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinin qarşısını alıb.

Məlumata görə, əməliyyat zamanı hüquq-mühafizə əməkdaşları qaçaqmalçılarla silahlı qarşıdurmaya giriblər.

Əməliyyat nəticəsində 22 tapança, 4 ov tüfəngi, 2 döyüş qumbarası və odlu silahlar üçün 13 daraq müsadirə edilib.

İran sərhəd qüvvələrinin məlumatına görə, qaçaqmalçılar ərazinin mürəkkəb dağlıq relyefindən istifadə edərək sərhəd zonasının içərilərinə doğru qaça biliblər.

Onların saxlanılması istiqamətində əməliyyat tədbirlərinin davam etdirildiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az