İranda GÜCLÜ ZƏLZƏLƏ: Tehran yaxınlığında yeraltı təkanlar QEYDƏ ALINDI – VİDEObackend

İranda GÜCLÜ ZƏLZƏLƏ: Tehran yaxınlığında yeraltı təkanlar QEYDƏ ALINDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda Dəmavənd dağı yaxınlığında güclü zəlzələlər baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

İranda, paytaxt Tehranın şimal-şərqində yerləşən və ölkənin ən yüksək nöqtəsi olan Dəmavənd dağı yaxınlığında güclü yeraltı təkanlar qeydə alınıb.

Məlumata görə, zəlzələlərin episentri həm də Asiyanın ən yüksək vulkanı sayılan bu dağın ətraf ərazilərinə təsadüf edib.

Yeraltı təkanların vulkanik aktivliyə təsir edib-etmədiyi mütəxəssislər tərəfindən araşdırılır.

Dağıntı və tələfat barədə hələlik rəsmi məlumat verilməyib.

Xuraman Etibarlı

İnterpress.az