İranın cənub-qərbindəki Xuzistan əyalətinin 8 şəhərində termometrlər 50 dərəcədən yuxarı temperatur göstərib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Xuzistanın Meteorologiya İdarəsinin baş direktoru Məhəmməd Sazahzəri əyalətdə isti hava şəraiti ilə bağlı açıqlama verib.
Sazahzari qeyd edib ki, son 24 saat ərzində Xuzistan əyalətinin 8 şəhərində havanın temperaturu 50 dərəcədən yuxarı ölçülüb.
Buna uyğun olaraq havanın temperaturu Ümidiyedə 51,8, Şuşda 51,5, Abadanda 51,3, Bostanda 51,2, Dezfulda 50,8, Əhvaz, Ramhürmüz və Mahşəhrdə 50, 2 dərəcə qeydə alınıb.
Son 24 saat ərzində xəstəxanaya 16 nəfər müraciət edib
Vilayətdə sabahdan etibarən küləyin təsirli olacağını bildirən Tablohzari, qarşıdakı iki həftə ərzində yüksək temperaturlara rast gəlinməyəcəyini bildirib.
Digər tərəfdən Şuş Sağlamlıq və Müalicə Şəbəkəsinin direktoru Yəhya Meysem, havaların istiləşməsi ilə birlikdə günvurma hallarının müşahidə olunduğunu bildirib.
Meysem son 24 saatda xəstəxanaya 16 nəfərin müraciət etdiyini, onlardan ikisinin xəstəxanada müalicə aldığını bildirib.