İranda Merivan meşələrində yanğın başlayıbbackend

İranda Merivan meşələrində yanğın başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Havanın temperaturunun yüksək olduğu İranda Merivan meşələrinin 3 bölgəsində baş verən yanğınlardan biri nəzarət altına alınıb, digər ikisində isə söndürmə işləri davam edir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Kürdüstan əyalətinin təbii sərvətlər üzrə baş direktoru Behzad Şərifipur cümə axşamı Merivan əyalətinin Derrehveran, Asneve və Gomare Leng kəndləri yaxınlığındakı meşə sahələrində yanğının baş verdiyini bildirib.

Gomareh Lengdəki yanğının nəzarət altına alındığını qeyd edən Şerifipur Derrehveran və Asnevedə yanğınların davam etdiyini söyləyib.

Şerifipur yanğından təsirlənən ərazinin bir hissəsinin sərhədə yaxın olduğunu və bölgədə mina olma ehtimalının olduğunu, yanğına havadan müdaxilə edildiyini qeyd edib.

Şerifipur bildirib ki, yanğına insan faktoru səbəb olub.

Digər tərəfdən Kohgiluye-Buyer Əhməd əyalətinin Təbii Sərvətlər Baş direktoru Səid Cavidbaht 1 avqustda Geçsaran rayonunda Narek dağı otlaq və meşə sahəsində baş verən yanğının 72-dən sonra nəzarət altına alındığını vurğulayıb.

Cavidbaht yanğınsöndürmə işlərini həyata keçirənlər arasında 2 nəfərin də yaralandığını, nəzarət altına alınan yanğının yenidən böyüyə bilməsi üçün bir çox qrupların müşahidə fəaliyyətlərini davam etdirdiyini bildirib.

Yanğının nə qədər əraziyə ziyan vurduğu açıqlanmayıb.