İranda təxribat ittihamları ilə 12 nəfər saxlanılıbbackend

İranda təxribat ittihamları ilə 12 nəfər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran öz Mərkəzi əyalətində “Almaniya və Hollandiyada İran əleyhinə təxribat aksiyaları planlaşdırmaqda” ittiham olunan 12 nəfərin saxlanıldığını açıqlayıb.

Bu barədə İnterpress.az xarici KİV-ə istinadən xəbər verir.

İranın “Tasnim” agentliyinin xəbərinə görə, Tehranın cənub-qərbində yerləşən Mərkəzi əyalətdə təxribat aksiyaları planlaşdırmaqda ittiham olunan 12 nəfərlik qrup üzvləri saxlanılıb.

“Bu şəbəkə üzvləri Almaniya və Hollandiyada yaşayan anti-inqilabçı ünsürlərin rəhbərliyi ilə milli təhlükəsizliyə qarşı fəaliyyətlər həyata keçirmək üçün odlu silah tədarük edərək ölkədə təxribat fəaliyyəti həyata keçirməyi hədəfləyib”, məlumatda bildirilib.