“İrandan Bakıya gələn turistlər indi İrəvana gedir“ – Deputatbackend

“İrandan Bakıya gələn turistlər indi İrəvana gedir“ – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yadınızdadırsa, İrandan Azərbaycana çoxlu turist gəlirdi. Bir müddətdən sonra onların üzü çevrildi İrəvana”.

bunu Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı deyib.

“Bunu hamı bilir. Başladılar ora getməyə. Bəlkə də onlar qəsdən bizim burdan gedənlərə xüsusi şərait yaradıblar. Bura gələnlər qiymətlərlə bağlı xəyal qırıqlığına uğrayırlar və bir daha gəlmirlər.

İkinci məsələ isə mənə çox maraqlıdır ki, gələn turistləri hansı materiallarla məlumatlandırırlar. Yadınızdadırsa, “Qız Qalası” ilə bağlı çox eybəcər bir mətn vardı. Gələn turistlərə onu deyirdilər. Ona görə də həmin qanunlar peşəkar qurum tərəfindən tərtib olunmalıdır”.