İran rəsmisi Fars körfəzi ölkələrindən xarici qoşunların dərhal çıxarılmasını tələb edib.
İnterpress.az xəbər verir ki, bu barədə İranın danışıqlar qrupunun üzvü məlumat yayıb.
İranın danışıqlar qrupunun üzvü və siyasi şərhçi Mohəmməd Mərandi Fars körfəzi regionunda gərginliyi artıran bəyanatla çıxış edib.
O, BƏƏ, Qətər, Bəhreyn, Səudiyyə Ərəbistanı və Küveyt ərazilərində yerləşən xarici qüvvələrin dərhal bölgədən çıxarılmasını tələb edib.
Mərandi, həmçinin regionda olan dənizçilərə müraciət edərək, təhlükəsizlik risklərini nəzərə almağı və mümkün təxliyəyə hazır olmağı tövsiyə edib.
Bundan əlavə, o, Hörmüz boğazı rayonunda təhlükənin artdığını vurğulayıb.
Mərandi xəbərdarlıq edib ki, münaqişənin eskalasiyası (gərginləşməsi) baş verəcəyi təqdirdə gəmiçilik üçün ciddi təhdidlər yarana bilər.
Xuraman Etibarlı
İnterpress.az






